Modern.az

Güclü külək Lənkəranı işıqsız qoydu

Güclü külək Lənkəranı işıqsız qoydu

Aktual

8 İyul 2017, 23:36

Lənkəran rayonunda güclü külək fəsadlar törədib. Modern.az "Report"a istinadən xəbər verir ki, 10 dəqiqə ərzində əsən güclü külək ağacları aşırıb, evlərin dam örtüklərinə ziyan vurub.

Heydər Əliyev prospektində mağazalardan birinin dam örtüyü yerindən qoparaq yaxınlıqdakı evlərdən birinin üzərinə düşüb. Bundan əlavə, ağacların qırılması nəticəsində elektrik təsərrüfatına da ziyan dəyib. Hazırda rayonun bir çox ərazilərində enerji verilişi dayandırılıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü