Modern.az

Xınalıqda temperatur 0-a düşüb - Məktəb direktoru: “Biz sentyabrda qar gözləmirdik”  

Xınalıqda temperatur 0-a düşüb - Məktəb direktoru: “Biz sentyabrda qar gözləmirdik”  

28 Sentyabr 2017, 10:39

“Hazırda Xınalıqda qar yağmaqda davam edir. Artıq temperatur sıfıra düşüb. Şagirdlərin də, müəllimlərin də davamiyyəti həmişəki kimidir. Hamı dərsdədir”.

Bunu Modern.az-a açıqlamasında Qubanın Xınalıq kəndində yerləşən  məktəbin direktoru Yunus Dəmirov deyib.

Onun sözlərinə görə, qar yağmasına baxmayaraq, məktəbə hələ ki istilik sistemi quraşdırılmayıb.

“Sentyabr ayında istilik sisteminin verilişi nəzərdə tutulmayıb. Bizdə qış limiti var. Həmin vaxta qədər istilik sistemimiz hazır olacaq. Vaxtı çatanda quraşdıracağıq. Bununla bağlı heç bir problem yoxdur. İş ondadır ki, biz sentyabrın 27-də qar gözləmirdik. Ona görə də hazırlıqsız qara yaxalanmışıq. Son illərdə sentyabr ayında qar müşahidə etməmişik. Sentyabr ayında temperaturun sıfıra enib, qar yağacağını gözləmirdik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü