Modern.az

“Aprel şəhidi”nin doğum günüdür  

“Aprel şəhidi”nin doğum günüdür   

Aktual

10 Oktyabr 2017, 09:44

Bu gün 2016-cı ildə baş vermiş “Aprel döyüşləri”nin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Ruhin Qəhrəmanovun doğum günüdür.  

Modern.az-ın məlumatına görə, əslən Cəbrayıl rayonundan olan Ruhin Qəhrəmanov 1994-cü ilin 10 oktyabr günündə anadan olub.


Ruhin Qəhrəmanov 2016-cı il aprelin ilk günlərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki şiddətli döyüşlərdə  qəhrəmancasına şəhid olub.

Aprelin 4-ü isə Ruhin Qəhrəmanov Biləsuvardakı 2 saylı məcburi köçkün şəhərciyindəki məzarlıqda son mənzilə yola salınıb.

Ruhin Qəhrəmanov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü