Modern.az

Millət vəkilinin ailəsindəki faciənin TƏFƏRRÜATI

Millət vəkilinin ailəsindəki faciənin TƏFƏRRÜATI

Aktual

10 Oktyabr 2017, 11:25
Millət vəkili, professor Musa Qasımlının bacısı qızı Xalidə Rzayevanın öldüyü qəzanın bəzi təfərrüatları məlum olub.
 
BakuPost.az-a daxil olan məlumata görə, Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyev idarə etdiyi "Mercedes” markalı avtomobillə törətdiyi qəza zamanı 4 piyada vurulub. Vurulan 2 qadın hadisə yerindəcə keçinib, 2 kişi isə ağır bədən xəsarətləri alıb. 
 
Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən Xalidə Rzayeva və Sahibə Səfərli qəza zamanı maşının altında qalıb. Avtomobil onları 70-80 metr sürüyüb. 
 
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Qadınları xilas etmək mümkün olmasa da, vurulan digər 2 piyada xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir. 
 
Millət vəkilinin bacısı qızı X.Rzayevanın 52 yaşı varmış. O işdən evə dönərkən belə bədbəxt hadisəylə üzləşib.  
 
Qeyd edək ki, hadisə oktyabrın 8-də saat 20 radələrində qeydə alınıb. 
 
Sumqayıt ŞPİ tərəfindən faktla bağlı araşdırma aparılır.
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü