Modern.az

Ərdoğan: “Bakı-Tbilisi-Qars region üçün mühüm hadisədir”  

Ərdoğan: “Bakı-Tbilisi-Qars region üçün mühüm hadisədir”   

Aktual

30 Oktyabr 2017, 15:45

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun açılışı regionun gələcəyi üçün mühüm hadisədir.

 

Bunu bu gün Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimində çıxışı zamanı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Türkiyə Prezidenti qeyd edib ki, bu gün Çindən Avropaya gedən yükün həcmi 240 milyon tonu keçir:

 

"Əgər bu yükün heç olmasa 10 faizi bizim ölkələrdən keçən "Orta dəhliz" vasitəsilə nəql olunsa, o zaman biz əlavə olaraq 24 milyon ton yük daşıya bilərik".

 

Ərdoğan həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü