Modern.az

170 nömrəli marşrutun fəaliyyəti bərpa edildi

170 nömrəli marşrutun fəaliyyəti bərpa edildi

30 Oktyabr 2017, 17:07

Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarına 170 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilib.

 

Bu barədə Modern.az-a BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

 

M.Ağayev qeyd edib ki, metronun “Memar Əcəmi” stansiyası ilə (Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Sulutəpə dairəsi və Binəqədi qəsəbə mərkəzindən keçməklə) Binəqədi kəndini birləşdirən marşrut xətti sakinlərin çoxsaylı müraciəti əsasında bərpa edilib.

 

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq marşrut xəttinin fəaliyyəti daşıyıcı şirkət tərəfindən sərnişindaşımanın mövcud standartlarına cavab verən, texniki cəhətdən saz vəziyyətində olan avtobuslar cəlb edilməklə təşkil edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü