Modern.az

Azərbaycan pomidorlarının Rusiyaya ixracında problem yoxdur - RƏSMİ

Azərbaycan pomidorlarının Rusiyaya ixracında problem yoxdur - RƏSMİ

1 Noyabr 2017, 14:57

“Rusiya bazarı genişdir, Azərbaycan pomidorlarının Rusiyaya ixracı sahəsində hələ ki, problem görmürük”.

 

Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyə pomidorlarının Rusiyaya ixracına icazə verilməsinə münasibət bildirərkən deyib. Nazir qeyd edib ki, məqsəd Azərbaycan pomidorlarını təkcə Rusiya bazarları üçün deyil, ticarət şəbəkələri üçün də ixrac etməkdir:

 

"Bazar məfhumu həm Avropada, həm Rusiyada, həm də bizdə əhəmiyyətini itirir. Ona görə də logistik mərkəzlərdə malların markalanması kimi işləri həyata keçirib, setlər uğrunda mübarizəyə başlayırıq. Azərbaycan pomidoru dünyada tanınan məhsuldur. Biz Türkiyə ilə birlikdə həmişə Rusiya bazarını pomidorla təmin etmişik, bu gün də təmin edirik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü