Modern.az

Özünü dənizə atan gənc tələbə olub - Yenilənib

Özünü dənizə atan gənc tələbə olub - Yenilənib

Aktual

8 Yanvar 2018, 20:02

Bakıda dənizə düşən şəxsin intihar etdiyi bildirilir. Modern.az APA-ya istinadən xəbər verir ki, Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.

Hazırda onun axtarışları davam etdirilir.

 

18:59

 

Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.​

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü