Modern.az

Sərdar Cəlaloğlu da imza kampaniyasını yekunlaşdırdı

Sərdar Cəlaloğlu da imza kampaniyasını yekunlaşdırdı

Aktual

10 Mart 2018, 15:13

11 aprel 2018-ci il tarixli növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülmüş ADP sədri Sərdar Cəlaloğlunun namizədliyinin müdafiəsi məqsədi ilə imzatoplama kampaniyası başa çatıb.

Bu barədə Modern.az-a ADP mətbuat xidmətindən məlumat verilib.

Məlumatda daha sonra qeyd edilir: Sərdar Cəlaloğlunun namizədliyinin müdafiəsi üçün 107 seçki dairəsinin ərazisindən 45000 seçicinin imzası toplanılıb. Bunlardan 1500 imza qeyri dəqiq olması və səliqəsiz yazı səbəbi ilə partiyanın mərkəzi seçki qərargahında araşdırma zamanı çıxdaş edilib və bu barədə yekun protokolda müvafiq qeyd göstərilib. Beləliklə də MSK-ya ADP sədrinin prezidentliyə namizədliyini dəstəkləyən 43500 vətəndaşın imzasının təqdim edilməsi qərara alınıb. İmzaların qruplaşdırılması və yekun protokolun hazırlanması başa çatdırılıb və bu günün sonunadək qanunvericiliyə müvafiq olaraq seçkinin indiki mərhələsinə aid bütün sənədlər MSK-ya təqdim ediləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü