Modern.az

İki günün “YOL TERRORU” - 10 qəza, 3 ölü, 15 yaralı 

İki günün “YOL TERRORU” - 10 qəza, 3 ölü, 15 yaralı 

12 Mart 2018, 08:46

Daxili İşlər Nazirliyi martın 10-dan 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.   

Nazirlikdən Modern.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 195 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.  


Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü