ABŞ Ermənistanla İrəvanda yerləşən “Erebuni” hava limanının icarəyə götürülməsi ilə bağlı qapalı danışıqlar aparır. Modern.az bildirir ki, bu barədə “Aykakan Jamanak” qəzeti məlumat yayıb. İnformasiyada deyilir ki, bu məqsədlə keçirlən görüşlərdə Ermənistan hakimiyyətinin məsul şəxsləri iştirak edir.
İrəvan tələsik bu məlumatı təkzib etməyə çalışıb. Diplomatik mənbələrdən bu xəbərin “absurd” olduğunu bildiriblər.
“Erebuni” hava limanında Ermənistanda yerləşən 102-ci Rusiyanın hərbi bazasına tabe olan rus aviaqrupu yerləşir. Bu qrup MiQ-29 qırıcıları ilə təmin edilib. Aviabazanın şəxsi heyəti MDB ölkələrinin birləşmiş hava qüvvələrinin tərkibində döyüş növbətçilyini həyata keçirir.