Modern.az

Ötən il Bakıda 600 qüsurlu körpə doğulub

Ötən il Bakıda 600 qüsurlu körpə doğulub

5 Aprel 2018, 12:11

"2017-ci ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına doğuşla bağlı 3 099 müraciət daxil olub".

 

APA-nın xəbərinə görə, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini İradə Əliyeva deyib.

 

İ. Əliyeva bildirib ki, küvez aparatlarının köməyi ilə paytaxtın doğum evlərində anadan olan az çəkili, ağır qüsurlarla doğulan 600 körpə hospitalizasiya edilib.

Ötən il Bakıda 32 nəfərin kliniki ölümdən həyata qaytarıldığını vurğulayan baş həkimin müavini qeyd edib ki, ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24 895 olub: "Bu hadisələr zamanı xəsarət alanların çox hissəsini zədələnmələr təşkil edir. 2017-ci ildə təcili yardıma ehtiyacı olan 335 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü