Modern.az

Saakaşvili Medvedevi ələ saldı : “O, yatanda da məni yuxuda görür”

Saakaşvili Medvedevi ələ saldı : “O, yatanda da məni yuxuda görür”

Dünya

10 Avqust 2011, 16:56

Gürcüstan prezidenti Mixail Saakaşvili rus həmkarı Dmitri Medveevin müsahibəsinə nəhayət  münasibətini bildirib. Modern.az gürcü prezidentinin rəsmi saytına istinadən bildirir ki, Saakaşvili gənc vətənpərvələrin düşərgəsindəki görüşü zamanı Medvedevin müsahibəsindəki rezonans doğuran məqamlar toxunub.

Prezident müsahibənin böyük hissəsinin niyə ona həsr edildiyini başa düşmədiyini deyib. “Mənə dedilər ki, 55 dəqiqəlik müsahibənin 39 dəqiqəsi mənə həsr olunub. Əgər 40 dəqiqə müddətində o (Medvedev-red) mənim barəmdə danışırsa deməli 40 gün 40 ay da mənim haqqımda düşünüb”-deyə Saakaşvili ironiya ilə qeyd edib.

Prezident müsahibənin tam mətni ilə tanış olmadığını bildirərək deyib: “Onun əlində real hakimiyyəti yoxdur. Bu hakimiyyəti sadəcə ona verməyiblər”.
Saakaşvilinin sözlərinə görə, Gürcüstandakı inkişaf onu qane edir. Çünki ölkə azad olmaq istəyir.

Qeyd edək ki, ötən həftə Rusiya prezidenti müsahibəsində gürcü həmkarının ünvanın təhqir və hədələr səsləndirib. D.Medvedev Saakaşvilini beynəlxalq tribunalla hədələyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü