Modern.az

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi  

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi   

Aktual

25 Aprel 2018, 16:28

Türkiyə Futbol Federasiyası ölkə kubokunun yarımfinal mərhələsinin yarımçıq dayandırılmış  "Fənərbağça" - "Beşiktaş" matçı ilə bağlı qərar qəbul edib.


Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, qərara əsasən, oyun 57-ci dəqiqədən - qaldığı yerdən davam etdiriləcək. Futbolçulat həm də boş tribunalar önündə oynayacaqlar.

Xatırladaq ki, aprelin 19-da oynanılan məlum matçın 57-ci dəqiqəsində hesab 0:0 ikən, "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. stadiona atılan yad əşya “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş başına dəymiş, və o ağır  xəsarət almışdı.
Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib.
Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

Bu komandalar arasındakı ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınmışdı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü