Modern.az

Ermənistan parlamenti yeni baş nazir seçir

Ermənistan parlamenti yeni baş nazir seçir

Aktual

8 May 2018, 12:06

Ermənistan parlamenti yeni baş naziri seçmək üçün iclasa başlayıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, iclasın başlamasına bir saat qalmış etirazçılar parlament binası ətrafına toplaşıblar.

 

Bu dəfəki iclasda etirazçıların lideri Nikol Paşinyanın lazımi səs toplayacağı proqnozlaşdırılır. Bu iclas açıq keçiriləcək və internetdə canlı yayımlanacaq.

 

Qeyd edək ki, bu dəfə keçirilən seçimlərdə Nikol Paşinyana hakim “Respublika” partiyasından 12 deputatın da səs verəcəyi gözlənilir.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü