Modern.az

Qubada itkin düşmüş alpinistlərin meyiti TAPILDI - YENİLƏNİB

Qubada itkin düşmüş alpinistlərin meyiti TAPILDI - YENİLƏNİB

Hadisə

16 May 2018, 19:00

Ötən il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan və geri qayıtmayan alpinistlərin cəsədi tapılıb. Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Alpinistlərin axtarışı ötən il dekabrın 17-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılırdı.

Məlumata görə, bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq iki kişi və bir qadın meyiti aşkar edilib.  

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

 

***

18:55

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində itkin düşən alpinistlərə aid çadırın yeri müəyyən edilib. İlkin olaraq ərazidə 1 kişi meyiti aşkar edilib. 

FHN-dən Modern.az-a verilən məlumata görə, hazırda axtarış-təmizləmə işləri davam etdirilir. 

Axtarış işləri barədə əlavə məlumat veriləcək.  

Qeyd edək ki, Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

 

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı