Modern.az

Ağ Ev: Trampla Kim Çen Inın görüşü ləğv edilməyib

Ağ Ev: Trampla Kim Çen Inın görüşü ləğv edilməyib

20 May 2018, 22:21

ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla gələn ay planlaşdırılan görüşünü heç kim ləğv etməyib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən həmçinin qeyd edilib ki, Tramp bu görüşü Cənubi Koreya Respublikasının prezidenti Mun Çje İnlə telefon danışığında müzakirə edib. ABŞ və Cənubi Koreya rəhbərləri bu məsələ ilə bağlı sıx koordinasiyanı davam etdirirlər.

Donald Trampla Kim Çen Inın görüşü iyunun 12-ə planlaşdırılır. Görüş Sinqapurda keçirilməlidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü