Arxiv
1 İyun 2018, 14:00 | AKTUAL
Baytarlıq Xidmətinin rəisindən TAPŞIRIQ

31 mayda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində(DBNX) Dövlət Xidmətinin və onun tabeliyində olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası əməkdaşlarının iştirakı ilə qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bayandur Rzayev bildirib ki, bu gün qarşıda duran ən ümdə məsələ ölkədə epizootik sabitliyin qorunub saxlaması və heyvandarlığın inkişafında nəzərdə tutulmuş hədəflərə nail olmaqdır. Belə ki, Dövlət Xidməti  öz fəaliyyətlərini günün tələblərinə-aqrar sahənin dinamik inkişafına, innovasiyaların tətbiqinə yönəltməlidir. Kənd təsərrüfatının intensiv inkişafı, baytarlıq xidməti ilə təsərrüfatların əlaqələrinin genişləndirilməsi, yerlərdə baytarlıq mütəxəssislərinin bilik və təcrübələrindən geniş formada istifadə edilməsi müasir dövrün tələbləridir.

 

B.Rzayev baytarlıq qurumlarının qarşılaşdığı problemlərə toxunaraq qeyd etdi ki, köçkün rayonların vətəndaşlarına məxsus heyvanların peyvənd edilməsi sahəsində yaranan müəyyən çətinliklər, dövlət tərəfindən verilmiş vaksinlərin “soyuq zəncir” prinsipinə uyğun heyvanlara tətbiqində yaranan  gecikmələr aradan qaldırılmalı, rayon (şəhər) baytarlıq idarələrinə ezam edilən baytarlıq mütəxəssislərinin yerlərdə göstərdikləri köməkliklər, xidmətin maddi-texniki təminatının və əhalinin heyvan xəstəliklərinə qarşı aparılan peyvəndləmələrin vacibliyi sahəsində maarifləndirmələrə diqqət artırılmalıdır. Həmçinin qeyd edib ki, yerlərdə heyvandarlarla tez-tez görüşlər keçirilməli, əhali arasında baytarlıq sahəsində görülən işlərin təbliğ-təşviqatı aparılmalı, fermerlərin qarşılaşdığı problemlər yerində araşdırılmalı  və lazımi tədbirlər görülməlidir.

B.Rzayev qeyd edib ki, ölkədə bir sıra sahələrin, o cümlədən aqrar sahələrin inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub. Bu dövlət proqramının həyata keçməsində baytarlıq mütəxəssisləri üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidirlər.

B.Rzayev onu da vurğulayıb ki, Dövlət Xidmətin əməkdaşları günün tələbləri səviyyəsində fəaliyyət göstərməli, innovasiyaların tətbiqi sahəsində bilik və bacarıqlarını artırmalı, tez-tez fermalarda, heyvan sahibləri ilə sıxı ünsiyyətdə olmalı, eləcə də qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir iş prinsipindən düzgün istifadə etməlidirlər..

 

Tədbirin sonunda geniş fikir mübadiləsi aparılıb və respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində görüləcək tədbirlər barədə müvafiq tapşırıq və göstərişlər verilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda zəlzələ olub 16 İyun 2019, 10:42 “Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır” 16 İyun 2019, 10:38 Yeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndi 16 İyun 2019, 10:16 Türkiyəli media rəhbəri: “Ermənicə TV-nin açılmasına etirazımız düz deyil”   16 İyun 2019, 10:07 Ermənilər cəbhədə təxribatlara davam edir 16 İyun 2019, 09:55 Din tiryəkdirmi? 16 İyun 2019, 09:43 İsmayıllıda kafe YANDI 16 İyun 2019, 09:31 Qubada yol qəzası: Bir nəfər ölüb  16 İyun 2019, 09:19 Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ 16 İyun 2019, 09:10 Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verir   16 İyun 2019, 09:05 İcra başçısı sakinlərin şikayətlərini dinlədi 16 İyun 2019, 09:03 Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20 Türkiyədə tayfa davası: 6 ölü 15 İyun 2019, 22:02 Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi 15 İyun 2019, 21:48 Slovakiyanın ilk qadın prezidenti and içdi 15 İyun 2019, 21:31 Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq 15 İyun 2019, 21:14 Bakı Konqres Mərkəzində məzun gecəsi keçirildi - FOTOLAR 15 İyun 2019, 20:35 Yevlaxda "Jiquli" yük maşını ilə toqquşdu 15 İyun 2019, 20:19 “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlər dayandırılmayacaq” - Tamar Çuqoşvili 15 İyun 2019, 20:03 Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR 15 İyun 2019, 17:41 İcra başçısı xalçaçılarla görüşdü 15 İyun 2019, 17:08 Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir” 15 İyun 2019, 16:45 Meral Akşener Elçibəyin xanımının vəfatı haqda:Tərifsiz bir üzüntüdür” 15 İyun 2019, 15:59 Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi 15 İyun 2019, 15:08