Modern.az

Leysan Tovuza ciddi ziyan vurdu

Leysan Tovuza ciddi ziyan vurdu

Aktual

10 İyun 2018, 10:48

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.

 

Modern.az xəbər verir ki, nəticədə kənd təsərrüfatına sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.

 

Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil  keçiddə qalıb.

 

Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür. (APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var