Arxiv
2 Avqust 2018, 10:17 | AKTUAL
Əlifba günü qeyd edildi

31.07.2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi rayon təşkilatı, Gənclər və İdman idarəsi və Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva,  Binəqədi Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru Rəna Bilyəndarlı, Ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Əlizadə Əsgərli, Türkoloq-alim, filologiya üzrə fəlsəfə doktoru, AMEA Rəyasət heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov və YAP Binəqədi rayon təşkilatının bir qrup fəal gənci iştirak edib.

Tədbir başlamazdan öncə qonaqlar Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxana fonduna daxil olan ədəbiyyatlarla tanış oldular.

Tədbiri açıq elan edən Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Biləndərli qonaqları salamlayaraq dilin millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvəti olduğunu qeyd etdi.

Çıxş üçün söz verilən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktr müavini, professor Əlizadə Əsgərli millətin dilinin dövlət dili statusuna yüksəlməsinin tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi olduğunu vurğuladı. Natiq dilin dövlət dili statusuna yüksəlməsinin  millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin əsas sübutu olduğunu dedi.

Çıxış edən Türkoloq-alim, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atıldığını, ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu bildirdi.

YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva Respublikada dil siyasətinin formalaşdırılmasının, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsinin və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi.

Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev Ümummilli Lider siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dil siyasətinin uğurla həyata keçirildiyini qeyd etdi. Natiq Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısının hazırlandığını bildirdi. Şəmsi Gülverdiyev çıxışını Ümummili lider Heydər Əliyevin “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir” fikri ilə yekunlaşdırdı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə müraciət etdi 10 Dekabr 2019, 11:17 DİM: “Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olunacaq 10 Dekabr 2019, 11:16 “EuroHome”dan oğurluq olub, 3 nəfər saxlanlıb 10 Dekabr 2019, 11:14 “Toylarımızın hazırkı durumu sosial bəladır” – Ekspert çıxış yollarını GÖSTƏRDİ 10 Dekabr 2019, 11:12 Yeni xəbər saytı açıldı - 7-gun.com 10 Dekabr 2019, 11:11 Şimali Koreya yeni raket mühərrikini sınaqdan keçirdi 10 Dekabr 2019, 11:03 Yanğının söndürülməsinə iki yanğınsöndürmə qatarı da cəlb olundu 10 Dekabr 2019, 11:01 “Eurohome” bazarındakı yanğından 2 nəfər ZƏHƏRLƏNDİ - YENİLƏNİB 10 Dekabr 2019, 10:56 Putin Berlində öldürülən çeçen komandirdən DANIŞDI 10 Dekabr 2019, 10:55 Qubada narkotik tacirləri saxlanıldı - FOTO 10 Dekabr 2019, 10:52 “Yalançı çoban”ın surdotərcümə formatı hazırlandı 10 Dekabr 2019, 10:50 Nazirlik "EuroHome”un helikopterdən çəkilən görüntülərini yaydı - VİDEO 10 Dekabr 2019, 10:48 Subsidiya almaq istəyən fermerlərə xəbər var 10 Dekabr 2019, 10:47 Seçilmək üçün təbliğat plakatları kifayət etmir – Namizədlərə MƏSLƏHƏT 10 Dekabr 2019, 10:45 Hava limanında 2 elektron qapı quraşdırılıb - FOTO 10 Dekabr 2019, 10:43 “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsi başa çatıb 10 Dekabr 2019, 10:36 Zelenski Putinlə danışıqların çətinliyindən GİLEYLƏNDİ 10 Dekabr 2019, 10:33 Nazir müavini yanğın baş verən əraziyə getdi 10 Dekabr 2019, 10:32 “İtirilmiş  torpaqlarımız...” silsiləsindən - Cəbrayılın kəndləri ermənilərə necə verildi... - VIII YAZI 10 Dekabr 2019, 10:30 Əməkdar artistin qardaşı vəfat etdi 10 Dekabr 2019, 10:24 Göyərtəsində 38 nəfərin olduğu təyyarə qəzaya uğradı 10 Dekabr 2019, 10:20 Binəqədi könüllülərinə sertifikatlar verildi 10 Dekabr 2019, 10:18 "Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərdi 10 Dekabr 2019, 10:16 Astarada narkotik satan şəxs saxlanılıb 10 Dekabr 2019, 10:14 Bakı-Sumqayıt yolu bağlandı, yanğın yerinə 3 helikopter cəlb olundu - FOTOLAR+ VİDEO 10 Dekabr 2019, 10:10 Qohum evliliyi hansı xəstəliklərə yol açır, dində belə izdivaca qadağa varmı?.. 10 Dekabr 2019, 10:06 “Azərişıq” ASC-nin işçisinin ölümü ilə bağlı cinayət işi açılıb 10 Dekabr 2019, 10:01 Bakıdakı “Eurohome” bazarı yanır - YENİLƏNİB - VİDEO+ FOTOLAR 10 Dekabr 2019, 09:53 Avtomobil Yolları Dövlət Agentliyindən ödənişli yollarla bağlı yeni AÇIQLAMA 10 Dekabr 2019, 09:47 “EuroHome” bazarında malları yanan sahibkarların ürəyi gedib - Əraziyə 4 həkim briqadası göndərildi 10 Dekabr 2019, 09:29 Ermənistan atəşkəsi 20 dəfə pozdu 10 Dekabr 2019, 09:25 Naxçıvan 3-cü Dünya Müharibəsinin başlanmasına necə səbəb ola bilərdi?  10 Dekabr 2019, 09:11 Bakı-Sumqayıt yerüstü metro xətti çəkiləcək? - Rəsmi AÇIQLAMA 10 Dekabr 2019, 08:57 Yubileyiniz mübarək, Şəhla xanım! 10 Dekabr 2019, 08:33 Bu gün Çempionlar Liqasında 1/8 finala 6 vəsiqə sahibini tapacaq 10 Dekabr 2019, 00:53