Arxiv
20 Sentyabr 2018, 18:49 | AKTUAL
Argentina səfiri “Mədəniyyət Elçisi” fəxri adına layiq görüldü

Argentina Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva Tərcümə Mərkəzində olub.

 

Modern.az xəbər verir ki, səfir Mərkəzlə Argentina səfirliyinin birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi layihələrdən söz açıb, görülən işlərin dünya mədəniyyətlərinin yaxınlaşmasında, ölkələr və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını bildirib:

“Son 3 il ərzində Azərbaycan Tərcümə Mərkəzi ilə səfirliyimizin ərsəyə gətirdiyi birgə layihələr ölkələrimiz və xalqlarımız arasında qırılmaz körpülər yaradıb. Argentina yazıçıları Adolfo Bio Kasaresin “Morelin ixtirası”, Mariya Elena Valşın “Dailan Kifki” kitablarının Azərbaycan dilində uğurlu nəşri və təqdimat mərasimləri həyata keçirilib. Məşhur Argentina yazıçısı Klaudia Pineironun “Una suerte pequeña” (“Kiçik uğur”) əsərinin tərcüməsi və nəşri üzrə yekun işləri başa çatmaqdadır. Düşünürəm, Mərkəzlə səfirliyimiz arasında qurulan bu sıx əməkdaşlıq hələ çox fayda verəcək”.

Daha sonra Azərbaycanda səfirlik missiyasının yaxın günlərdə başa çatacağını bildirən Səfir Mərkəzlə əməkdaşlıqdan duyduğu xoş təəssüratını çatdırıb: “Səfir olduğum bu 5 il ərzində Mərkəz tərəfindən göstərilən münasibət, məndə dərin doğmalıq hissi yaradıb. Azərbaycandan, sanki öz evimi tərk edən tək gedirəm”.

Mərkəzlə birgə təməli qoyulacaq növbəti layihədən – Argentina milli rəqsi olan tanqonun tarixindən bəhs edən “El Tango una danza” (“Tanqo – bir rəqs”) kitabının Azərbaycan dilinə tərcüməsi və nəşrindən də söz açılıb. Adıçəkilən kitabın, Azərbaycan oxucusuna, tanqonun tarixi ilə yaxından tanış olmaq imkanı yaradacağına və geniş oxucu kütləsinin marağına səbəb olacağına əminlik bildirilib.

Görüşün sonunda Argentina-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Karlos Dante Rivaya Mərkəzin təsis etdiyi “Mədəniyyət Elçisi” fəxri diplomu təqdim olunub.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Narkotik alverçisi edam olunacaq 21 May 2019, 00:53 Xarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdi 21 May 2019, 00:42 Eyfel qülləsinə dırmaşan naməlum şəxs xilas edildi 21 May 2019, 00:24 Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO 21 May 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 20 May 2019, 23:47 Danışılmış oyuna görə 11 futbolçu saxlanılıb 20 May 2019, 23:30 Bu ölkədə polis əməkdaşı axtarılır 20 May 2019, 23:14 ABŞ donanması İranla hərbi qarşıdurmada 20 May 2019, 22:57 Tacikistanda həbsxanada qiyam 20 May 2019, 22:43 Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi 20 May 2019, 22:26 Oğuzda orta yaşlı qadın özünü asdı 20 May 2019, 22:12 Metro işçiləri tətilə başladı 20 May 2019, 21:55 “Zelenski Moskva ilə danışıqlara hazırdır” – Politoloqdan şərh 20 May 2019, 21:43 Çörək sexində bir nəfər bıçaqlandı 20 May 2019, 21:29 İstanbulda meşə yanğınları 20 May 2019, 21:17 Şimal bölgəsinin təhsil işçiləri hesabat verdi 20 May 2019, 21:00 18 nəfəri ildırım vurub öldürdü 20 May 2019, 20:43 Koçaryana qarşı cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi 20 May 2019, 20:29 Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO 20 May 2019, 20:13 Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır 20 May 2019, 20:01 Zelenskinin varidatı açıqlandı - Avropada evlər, Gürcüstanda 10 otel, ... 20 May 2019, 19:55 İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO   20 May 2019, 19:47 Ukrayna hökuməti istefaya getdi 20 May 2019, 19:38 Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI 20 May 2019, 19:29 Eyfel qülləsi bağlandı - SƏBƏB?   20 May 2019, 19:19 Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi 20 May 2019, 19:08 Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI 20 May 2019, 18:57 “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub   20 May 2019, 18:46 Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi 20 May 2019, 18:39 Bakı küçələrində maraqlı kampaniya - FOTO 20 May 2019, 18:29 Azərbaycan Çinə nar ixrac edəcək   20 May 2019, 18:20 Məhkəmənin qərarını icra etməyən polis rəisləri ilə bağlı Ramil Usubova müraciət olundu 20 May 2019, 18:10 Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” 20 May 2019, 18:01 Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu 20 May 2019, 17:37 Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək   20 May 2019, 17:36