Modern.az

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

23 Sentyabr 2018, 21:23

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun ən yaxşı qolu seçilib. Modern.az UEFA saytına istinadən xəbər verir ki, İtaliyanın “İnter” klubunun hücumçusu Mauro İkardinin doğma meydanda “Tottenhem” komandasının qapısına vurduğu top azarkeşlər arasında keçirilən sorğunun nəticəsində həftənin ən yaxşı qolu seçilib. Argentinalı futbolçunun matçın 86-ci dəqiqəsində vurduğu qol sorğu iştirakçılarının 42 faizinin səsini toplayıb.

 

İspaniyanın “Barselona” klubunun hücumçusu Usman Dembelenin “PSV” ilə matçın 75-ci dəqiqəsində vurduğu qol 27 faiz səslə ikinci olub.

 

Üçüncü yerdə isə “Real Madrid”in gənc hücumçusu Mariano Diazın “Roma”ya vurduğu qol olub. Bu qol 18 faiz səs toplayıb.

 

Həmçinin UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

 

Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Barselona”nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib. Argentinalı futbolçu “Liverpul” klubunun yarımmüdafiəçisi Ceyms Milneri, “Lion”nun hücumçusu Nabil Fekiri və “Mançester Yunayted” komandasının yarımmüdafiəçisi Pol Poqbanı qabaqlayıb.

 

Qeyd edək ki, “Barselona”nın Hollandiyanın “PSV” klubuna 4:0 hesabı ilə qalib gəldiyi görüşdə Messi üç qol vurub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü