Modern.az

62 saylı məktəbdə müstəqilliyimizin bərpasının 20 illiyi qeyd olunub (FOTOLAR)

62 saylı məktəbdə müstəqilliyimizin bərpasının 20 illiyi qeyd olunub (FOTOLAR)

Təhsil

13 Oktyabr 2011, 13:39

Bu gün Bakı şəhəri  Nizami rayonu Xalid Quliyev adına 62 saylı məktəb-liseydə Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı tədbir keçirilib.

Modern.az saytı xəbər verir ki, tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıc, Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Flora Qasımova, Leyla Abdullayeva, Sevinc Hüseynov, məktəb müəllimləri və valideyinlər iştrak edib.

Tədbirdə məktəbin direktoru Mətanət Cabbarlı çıxış edərək qonaqları salamlayıb və onları müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə təbrik edib.

Daha sonra  62 saylı məktəb-liseydə “İlin ən yaxşı müəllimi” adına layiq görülən ədəbiyyat müəlliməsi Nailə Əliyeva Azərbaycanın müstəqilliyinin 20 illiyinin keçdiyi tarixi yoldan danışıb.

Mərasimdə məktəbin şagirdlərinin ifasında səhnələr göstərilib.
 
Sonda qonaqlar siniflərdə müstəqilliyimizə həsr edilmiş açıq dərslərdə oturub tədris prosesini izlədiyiblər.










Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü