Arxiv
12 Oktyabr 2018, 13:30 | AKTUAL
Səudi vəhşəti

Hidayət Elvüsal


Jurnalist Camal Kaşıkçının Türkiyədə, Səudiyyə Ərəbistanının konsulluğunda öldürülməsi xəbəri dünyanın diqqət mərkəzindədir. Həm Türkiyə, həm də ABŞ prezidentləri bu qaranlıq hadisəyə kəskin münasibət bildiriblər.


Kaşıkcı S.Ə. vətəndaşıdır. Amerikada yaşayır. Kral ailəsinə qarşı mübarizə aparan bir qələm sahibidir. Onların qanunsuz əməllərini ifşa edir. Krallığın yeni şahzadəsi görünür onun qətlinə fərman verib.


Kaşıkçının konsulluq binasına daxil olma görüntüləri var. Amma çıxışı sübut edən hər hansı bir dəlil yoxdur. Başqa görüntülər isə sadəcə təəccüb doğurur. Belə ki, konsul Türkiyə tədqiqatçılarını qarşılayır və özünü itirmiş halda şkafları, soyuducunu açıb göstərir və deyir ki, baxın Kaşıkçı burada deyil. Bir diplomatın belə axmaq, düşük hərəkətləri həm gülüş, həm də ikrah doğurur.


Bəs Kaşıkçının o konsulluqda nə işi vardı? Məsələ bundadır ki, jurnalist Səudiyyə vətəndaşıdır və qanuna görə evlənməsi üçün həmin ölkənin rəsmi rəyi olmalıdır. Kaşıkçı oraya nişanlısı ilə gedib və xanım deyir ki, Camal “Əgər çıxmasam, filan nömrəli telefona zəng et”.


Amma qətl (artıq hamı bu variantı deyir) planlı bir şəkildə həyata keçirilib. Həmin ərəfədə Səudiyyədən 15 nəfərlik bir komanda gəlib. Ədliyyə naziri də aralarında olub. Kaşıkçı konsulluğa daxil olmazdan əvvəl bu gələnlər binada yerlərini tutublar. Daha sonra bir neçə qaraşüşəli maşın eyni vaxtda binadan ayrılır və müxtəlif istiqamətlərə gedir. Bunların da kamera görüntüləri var. Amma jurnalist bir daha gözə dəymir.


İndi fərqli fərziyyələr var. Kaşıkçı öldürülüb və o maşınlarda bəlkə də parçalara ayrılmış vəziyyətdə binadan çıxarılıb. Bu gümanı təsdiq edə biləcək detal həmin maşınlardakı iri qutulardır. Əgər belədirsə, Kaşıkçının parçalara ayrılmış nəşi elə həmin gün xüsusi təyyarə ilə Səudiyyəyə qayıdan komandanın əlində olub. Məqsəd əmrin necə yetirilməsinin sübutudur.


Başqa bir xəbərə görə, jurnalistin cəsədi elə konsulluğun bağçasında basdırılıb. Hələlik bunlar söylənən variantlardır. ABŞ və Türkiyənin xüsusi xidmət orqanları hadisə barədə birgə təhqiqat aparırlar.


Amma məsələnin çox da qabardılması təxmin edilmir. ABŞ bir müsəlman yazarından ötrü Səudilərlə münasibətini gərginləşdirməz. Turkiyə də elə. Ərdoğan Səudilərin kralı öləndə Türkiyədə 3 günlük matəm elan etdi. Halbuki, Səudilərin özləri buna o qədər də ağır matəm havası ilə baxmadılar.


Bütün buhlar öz yerində. Amma dünən bir cəza dəstəsi öz yurdunda Kaşıkçının qardaşının evinə basqın etmiş, onu və arvadını xəncərlə doğramışlar. Ailənin 3 uşağı qaçaraq canlarını qurtarıblar. Amma görünür ki, hələlik Səudi şahzadəsi onların da “qələmini qırmış” olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38 Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI 18 İyun 2019, 15:36 Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib  18 İyun 2019, 15:35 Sumqayıtın gələcəyini irəlicədən görən rəssam... 18 İyun 2019, 15:25 Qazaxda “KamAZ” yolu keçən piyadanı vurub öldürdü 18 İyun 2019, 15:21 Məleykə Abbaszadənin sinif yoldaşı: “Onu maşın vurduğunu eşidəndə çox həyəcanlandıq” - MÜSAHİBƏ 18 İyun 2019, 15:18 Avropa Birliyi Kiprə görə Türkiyə ilə danışıqları dondura bilər 18 İyun 2019, 15:15 Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir   18 İyun 2019, 15:09 Polis işçisi intihar etdi 18 İyun 2019, 14:29