Modern.az

“525-ci qəzet”in 20 yaşı tamam oldu

“525-ci qəzet”in 20 yaşı tamam oldu

Aktual

17 Noyabr 2012, 01:08

Bu gün “525-ci qəzetin” yaranmasından 20 il ötür. 1992-ci il 17 noyabrda ilk dəfə nəşrə başlayan qəzetin adının seçilməsi də maraqlı olub. Belə ki, qəzeti öncə “Sabah”, “2x2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda qəzet qeydiyyatdan keçdiyi üçün başqa ad seçməli olublar. Daha sonra qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar qəzetinin adını “525-ci qəzet” qoymağa qərar veriblər.

1996-ci ilə kimi həftəlik nəşr olunan qəzet, 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunur. Gündəlik, 8 səhifəlik qəzetin xüsusi şənbə buraxılışları ədəbiyyat sahəsinə həsr olunur və 32 səhifə həcmində çap olunur.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 1995-ci ildən qəzetə rəhbərlik edir.

Müsətqillik dövrü mətbuatının ilk qaranquşlarından olan qəzetin informasiya, siyasət, iqtisadiyyat, mədəniyyət və idman şöbələri fəaliyyət göstərir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü