Arxiv
11 Yanvar 2019, 15:59 | AKTUAL
Azərbaycanda korrupsiya şəbəkəsi yaradan vəzifəli şəxslər tutuldu

Korrupsiya şəbəkəsi yaradan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Modern.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılıb, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin məşğulluğu və sosial təminatı sahələrində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunub.

 

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və məşğulluq sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Baş İdarə tərəfindən aparılmış birgə ilkin araşdırmalarla korrupsiya şəbəkəsi yaradan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunub.

 

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri ilə Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov və qeyriləri ilə əlbir olaraq, müxtəlif vədlər verərək işsiz və işaxtaran şəxslərdən ümumilikdə 7.400 manat məbləğində rüşvət almalarına, habelə eyni məqsədlə 1 nəfər rayon sakinindən 1.000 manat rüşvət almağa cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

 

Cinayət işi üzrə Mehdi Abasov və Hafis Allahyarovun xidməti otaqları və yaşadıqları ünvanlarda məhkəmənin müvafiq qərarları ilə aparılmış axtarış nəticəsində içərisində ayrı-ayrı şəxslərdən pul alınmasını təsdiq edən yazılar olan kitabçalar, işaxtaran vətəndaşların qeydiyyatı kitabı, müxtəlif arayışlar, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında M.Abasov və H.Allahyarov şübhəli şəxs qismində tutulublar.

 

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
101 yaşlı Azərbaycan Silahlı Qüvvələri 26 İyun 2019, 00:12 “Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov 25 İyun 2019, 23:56 “Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50 YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı 25 İyun 2019, 18:47 AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi 25 İyun 2019, 18:16 “Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”  25 İyun 2019, 18:09 Prezidentin “Facebook” səhifəsində Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşıldı 25 İyun 2019, 18:03 Hadi Rəcəbli: “O cür danışanları yerində otuzdurmalıyıq” 25 İyun 2019, 18:00 Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı 25 İyun 2019, 18:00 Zakir Həsənov 6 hərbçiyə general rütbəsi təqdim etdi - VİDEO 25 İyun 2019, 17:49 Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! 25 İyun 2019, 17:44 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ 25 İyun 2019, 17:41 Hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısı təsdiqlənib 25 İyun 2019, 17:37 Prezident İsmayıllıda yol tikintisinə 2,9 milyon pul ayırdı 25 İyun 2019, 17:32 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO 25 İyun 2019, 17:26 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı 25 İyun 2019, 17:12 Manat və dolların 2 günlük MƏZƏNNƏSİ 25 İyun 2019, 17:07