Modern.az

Misir Mərdanovun keçmiş müavini danışdı

Misir Mərdanovun keçmiş müavini danışdı

Təhsil

10 Dekabr 2011, 17:07

Təhsil naziri Misir Mərdanovun sabiq müavini İradə Hüseynova mətbuata hazırda nə işlə məşğul olduğunu açıqlayıb. “Mən hazırda pedaqoji fəaliyyətlə məşğulam”.

Bunu APA-ya açıqlamasında Azərbaycan təhsil nazirinin sabiq müavini İradə Hüseynova deyib.

O, Bakı Dövlət Universitetində (BDU) çalışdığını, həmçinin hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü kimi fəaliyyətini davam etdirdiyini bildirib: “Hər şey yaxşıdır, heç bir problem yoxdur”.

İ.Hüseynova işdən çıxarılmasının səbəbləri barədə danışmaq istəməyib.

Qeyd edək ki, tarix elmləri doktoru, professor İradə Hüseynova 2002-ci il avqust ayından 2011-ci ilin sentyabrın ortalarına qədər təhsil nazirinin müavini işləyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı