Arxiv
15 mart 2019, 16:43 | AKTUAL
Heyvan zəhərlənməsinin qarşısı necə alınmalıdır? - TÖVSİYƏLƏR

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, yaz fəslinin gəlməsi ilə əlaqədar heyvanlar tövlə şəraitindən otlaq sahələrinə çıxarılır.

 

Bu haqda Modern.az-a Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.

 

Bu zaman bəzən heyvanlarda zəhərlənmələr və ölüm halları baş verir. Bunun qarşısını almaq üçün fermerlər, kəndli (fermer) təsərrüfatlarının sahibləri aşağıda qeyd edilən ilkin tövsiyələrə əməl edərlərsə, mövsümlə əlaqədar kənd təsərrüfatı heyvanlarında baş verə bilən zəhərlənmələrin qarşısını ilkin olaraq almış olarlar.

 

Bildiririk ki, kənd təsərrüfatı heyvanlarının zəhərlənmələri baytarlıqda, kənd təsərrüfatında və sənayedə tətbiq edilən mineral və kimyəvi maddələrdən, bitkilərdən (alkaloidlər, qlükozidlər, şehli otlar və s.), həmçinin heyvanları kiflənmiş, xarab olmuş yemlərlə yemləndirdikdə, bəzi yemlərdən (kartof, çuğundur, pambıq cecəsi və s.) düzgün istifadə olunmadıqda baş verə bilər. Yemlərdən düzgün istifadə olunmaması da heyvanlarda ağır zəhərlənmələrə və kütləvi ölümə səbəb ola bilər.

 

Zəhərlənmələr zamanı heyvanda zəiflik, tənəffüsün tezləşməsi, əzələ titrəməsi, bədən temperaturunun aşağı düşməsi, həyəcanlanma, qıcolma, göz bəbəklərinin genişlənməsi, ürək ritminin zəifliyi, ishal, qusma əlamətləri müşahidə olunur.

Zəhərli maddələrin qana sorulduğu vaxt onun orqanizmdən xaric edilməsi qan buraxma yolu ilə, sidik qovucu dərmanların və 5 faizli qlükoza məhlulunun vena daxilinə yeridilməsi ilə əldə edilə bilər.

Zəhərlənmələrin profilaktikası, yəni baş verməsinin qarşısının alınması çəmən və otlaqlarda zəhərli alaq bitkiləri ilə mübarizə zamanı tətbiq olunan dərmanların düzgün saxlanılmasından, istifadə olunmasından və yemlərin düzgün tədarük edilməsindən ibarətdir.

Heyvanlarda alkaloidlərlə zəhərlənmə müşahidə olunduqda palıd qabığının dəmləməsi (həlimi), qələvilərlə zəhərlənmə (elementlərin dövrü cədvəlinin ilk qrupunda (şaquli sırasında) olan metalların duzları K, Na, Rb və s.)  müşahidə olunduqda 1 %-li sirkə və ya duz turşusu məhlulu ilə, turşularla zəhərlənmə müşahidə edildikdə zəif qələvi məhlulları ilə müalicənin aparılması, ağır metalların duzları ilə (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen və digər ağır metallardan alınan duzlar) zəhərləndikdə isə onlara süd verilməsi müsbət nəticə verir.

 

Zəhərlənmə zamanı heyvanlar arasında timpaniya (köpmə) baş verə bilər. Heyvanlara qıcqırmış, xarab olmuş, turşumuş yemlər verildikdə, onları acqarına təzə şehli üç yarpaq yonca sahəsinə, təzə şehli xəsilə, qanqala və s. buraxdıqda iti timpaniya baş verə bilər.  Bu zaman heyvanın qarnının həcmi böyüyür, vaxtında müalicə və ya operativ müdaxilə olunmadıqda heyvan boğulmadan (asfiksiyadan) ölür. Heyvanı xilas etmək üçün baytar mütəxəssisinin göstərişi və iştirakı ilə işkəmbəyə zond salınır, quru kömür və ya süd verilməklə masaj edilir, nəticə müsbət olmadıqda çarəsiz halda sol aclıq boşluğundan işkəmbə troakarla deşilir və içəridəki qazlar xaric edilir. Eləcə də mədə-bağırsaq yolunu boşaltmaq üçün işlətmə dərmanları verilir. Müalicə dövründə heyvanlara yem verilmir.

Timpaniyanın baş verməməsi üçün yemlərin keyfiyyətinə, yemlənmə qaydalarına nəzarət etmək, heyvanların saxlanılmasını düzgün təşkil etmək və otlaqları düzgün seçmək lazımdır.

Zəhərlənməyə qarşı aparılacaq müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.

 

Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda zəhərlənməyə qarşı aparılan müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11 Magistraturaya qəbul imtahanı keçirildi   26 May 2019, 16:08 Gürcüstanda nazir istefaya göndərildi - FOTO 26 May 2019, 15:56 Küveytdə azərbaycanlı diaspor fəalı iftar süfrəsi verib - FOTO   26 May 2019, 15:39 78 yaşlı xalq artisti AzTV-nin radiosunda veriliş aparacaq 26 May 2019, 15:20 “Nar”dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə! 26 May 2019, 15:04 Peruda 8 bal gücündə zəlzələ olub 26 May 2019, 14:49 “Arsenal” Mxitaryanı satışa çıxarır 26 May 2019, 14:35 Çaylarda suyun səviyyəsi dəyişib   26 May 2019, 14:18 Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşıb 26 May 2019, 14:00 Qusarda enerji verilişi bərpa olundu 26 May 2019, 13:30 Polad Bülbüloğlu Araz Əlizadəyə savadsız dedi: “Deputat olan şəxs belə fikirlər söyləməz” 26 May 2019, 13:11 Yolda 26 May 2019, 12:56 Məşhurların övladları: Aynur Sofiyevanın qızları - FOTO 26 May 2019, 12:52 Sabahın havası: Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək 26 May 2019, 12:47 İntizam Komissiyasından Araz Əlizadə açıqlaması: “Mənim əlimdə tərəzi yoxdur”  26 May 2019, 12:30 Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var 26 May 2019, 12:10 42 yaşlı Nardaran sakini itkin düşdü 26 May 2019, 11:55 Badam südünün faydaları 26 May 2019, 11:40 Mənzildən 60 yaşlı kişinin meyiti TAPILDI 26 May 2019, 11:27 Avropa Parlamentinə seçkilər keçirilir - 21 ölkədə 26 May 2019, 11:15 Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir - FOTO 26 May 2019, 11:00 Ramil Usubov polis rəisini işdən çıxardı - FOTO 26 May 2019, 10:48 İcra Hakimiyyəti hesabat verdi - Horadizdə  7200 nəfər yaşayır 26 May 2019, 10:27 ABŞ-da erməni diasporu 26 May 2019, 10:12 Zalımoğlunun faciəli taleyi - Özü öz əli ilə qəbrini qazdı... - FOTOLAR 26 May 2019, 10:02 Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verir   26 May 2019, 09:39 Ermənilər yenidən fəallaşdı - Nazirlikdən açıqlama   26 May 2019, 09:00 Magistraturaya qəbulun ikinci mərhələsi keçirilir 26 May 2019, 08:28 Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01