Modern.az

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək

Aktual

18 Mart 2019, 18:32

Milli Məclisin (MM) deputatı Hikmət Məmmədov Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 82-ci plenar iclasında iştirak etmək üçün martın 19-da Fransanın Strasburq şəhərinə səfər edəcək.

 

MM-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, toplantıda bir sıra məsələlərlə bağlı dinləmələrin keçirilməsi və müvafiq hesabatın qəbul edilməsi nəzərdə tutulur. 

 

Millət vəkili tədbirdə müzakirəyə çıxarılacaq məsələlər barədə qeyd və təkliflərini bildirəcək.
Səfər martın 21-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü