Arxiv
21 mart 2019, 12:34 | AKTUAL
Azercell daha bir uğura imza atdı

Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC uğurlu fəaliyyətinin nəticəsi olaraq daha bir mükafata layiq görülüb.

Modern.az xəbər verir ki, Day.Az Media Şirkətinin “Xalq seçimi” Mükafatının nəticələrinə əsasən, Azercell 2018-ci ilin “ Ən yaxşı mobil operator” sorğusunun qalibi elan edilib. Day.az Media Şirkətinin oxucuları arasında keçirdiyi sorğuda Azercell 55,7 faiz səslə telekommunikasiya sahəsi üzrə birinci olub.

Azercell-in mobil telefon istifadəçilərinin etimadını qazanması təsadüfi deyil. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər Azercell şirkətinin bu mükafatı qazanmasına əsas verib. Müştəri məmnuniyyətini hər zaman üstün tutan Azercell, abunəçilərinin rahatlığını düşünərək 2018-ci ildə 16 yeni konsepsiyalı Azercell Eksklüziv mağazasını istifadəyə təqdim edib və ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərilib.

 

Qeyd edək ki, 2018-ci ildəki uğurlu fəaliyyəti nəticəsində Azercell beynəlxalq aləmdə nüfuzlu qəbul edilən “Stevie” Beynəlxalq Biznes Mükafatında “İlin Kommunikasiya Şirkəti”, “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc “Stevie” mükafatına layiq görülüb . Əlavə olaraq “İnsanların Seçimi üzrə Stevie” (“People`s Choice Stevie Awards”) mükafatının telekommunikasiya sahəsində “İlin ən sevilən şirkəti” seçilib. Həmçinin ötən il “Azercell Telecom” LLC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (“İnsana Sərmayə Standartı”) tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, Azercell MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir. Azercell-in 2018-ci ildəki nailiyyətləri bununla kifayətlənməyib. Belə ki, Azercell “Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində “Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə “İlin rəhbəri” kimi mükafatlandırılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Zığ şosesində fərdi yaşayış evləri yanır 26 İyun 2019, 14:13 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59 Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03 Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA 26 İyun 2019, 12:53 Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb   26 İyun 2019, 12:48 Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR 26 İyun 2019, 12:44 Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib   26 İyun 2019, 12:40 Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları əməkdaşlığa başlayır 26 İyun 2019, 12:36 Sabah 40 dərəcə isti olacaq, yağış yağacaq - HAVA PROQNOZU 26 İyun 2019, 12:28 Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR 26 İyun 2019, 11:52 Borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanıldı 26 İyun 2019, 11:45 “Tam məhv edəcəyik...Daha heç bir Kerri, Obama olmayacaq!” 26 İyun 2019, 11:30 Rusiyada 42 yaşlı erməni güllələndi 26 İyun 2019, 11:21 Füzulidə Silahlı Qüvvələr günü qeyd olundu 26 İyun 2019, 10:59 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 26 İyun 2019, 10:52 Mehriban Əliyeva: “Ordu bizim dövlətçiliyimizin dayağıdır 26 İyun 2019, 10:48 Balaca kəndin böyük DİRƏNİŞİ 26 İyun 2019, 10:46 Türkiyədə avtobus qəzası – 10 ölü, 30 yaralı 26 İyun 2019, 10:40 Ümid sənədir ancaq, Azərbaycan əsgəri! - VİDEO 26 İyun 2019, 10:34 Fazil Məmmədovun vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi 26 İyun 2019, 10:25 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 26 İyun 2019, 10:24 Türkiyə və Azərbaycan arasında hərbi saziş qüvvəyə minib 26 İyun 2019, 10:22 BÖYÜK ZƏFƏRƏ hazır Azərbaycan Ordusu... 26 İyun 2019, 10:16 Bir var idi, bir yox... - Varislər HAQQINDA 26 İyun 2019, 10:09 Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb - Nazirlik 26 İyun 2019, 10:03 Təmas xəttində nisbi sakitlik hökm sürür 26 İyun 2019, 09:56 Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir 26 İyun 2019, 09:26