Modern.az

Norveçdə qəza təhlükəsi: 1300 sərnişin təxliyyə edildi

Norveçdə qəza təhlükəsi: 1300 sərnişin təxliyyə edildi

Dünya

23 Mart 2019, 22:27

Norveçin qərb sahilləri yaxınlığında xilasetmə xidmətləri tərəfindən "Viking Sky" kruiz laynerinin 1,3 min sərnişini təxliyə edilir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, sərnişinlərin təxliyə edilməsinə səbəb laynerin mühərrikində nasazlığın yaranması olub.

Qeyd edilir ki, hazırda layner Norveç sahilindən 5 kilometr aralıdadır. Hadisə yerinə bir neçə gəmi və helikopter göndərilib.

Məlumata görə, kruiz layneri Tromse şəhərindən Stavanger şəhərinə gedirmiş.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü