Arxiv
24 mart 2019, 21:01 | AKTUAL
“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov

"Bizim üçün önəmli matç idi. Hazırda yığmaların oyunları keçirildiyi üçün düşərgədə əsas heyətdən cəmi 10 futbolçumuz var. Yoxlama görüşü olsa da, oyunçular məsuliyyətli idilər. Hər iki komanda üçün faydalı oldu". Modern.az zəbər verir ki,  bunu "Report"a "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.

 

- Yakub Jezniçakın zədəsi ciddidir?

- Deyilənə görə, çox ciddi deyil. Sabah baxılandan sonra bəlli olacaq. Yəqin 3-5 gün kənarda qalacaq.

 

- Milli komandanın AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu matç barədə nə deyə bilərsiniz?

- Normal oyun oldu. İlk matçda futbolçuların istəkli olduqları hiss edilirdi. Çətin oyun olsa da, layiqli mübarizə apardılar.

 

- Heyət seçimi və ya taktiki baxımdan sizin üçün gözlənilməz nəsə oldu?

- Hər hansı fikir söyləməyim düzgün olmaz. Təcrübəli məşqçidir, ən doğrusun etməyə çalışıb.

 

- Yığmaya rəhbərlik etdiyiniz vaxt Maksim Medvedevdən mərkəz müdafiəçisi qismində yararlanırdınız. Ancaq xələfiniz Nikola Yurçeviç onu sağ cinahda saxlayıb, mərkəzdə gənc Rahil Məmmədova şans verdi...

- Rahil mənim dönəmimdə də mərkəz müdafiəçisi kimi oynamışdı. "Qarabağ"da həmin mövqedə çıxış edir.

 

- Milli bu oyunla Avropa çempionatına vəsiqə qazana bilər?

- Yenə deyirəm, fikir bildirməyim düzgün olmaz. Çox istəkli idilər. Milliyə uğurlar arzulayıram.

 

- Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib ki, cari mövsümdə "Neftçi" Azərbaycan çempionu olacaq. Bu barədə nə deyə bilərsiniz?

- Mənə heç nə deyilməyib. Belə bir fikir oxumamışam.

 

- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Rəqib uzun müddətdir qələbə qazana bilmir...

- Çətin olacaq. Çünki rəqib qalib gəlməyə çalışacaq. Yəqin ki, fasilədən maksimum yararlanmağa çalışıblar. Bizim üçün asan olmayacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov 17 İyul 2019, 23:56 Ərdoğan türk diplomatlarına hücumu pislədi 17 İyul 2019, 23:36 “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib 17 İyul 2019, 23:22 Azərbaycanda  31432 narkoman qeydiyyata alınıb 17 İyul 2019, 23:11 “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində 17 İyul 2019, 22:54 Türkiyə 7 terrorçunu zərərsizləşdirib 17 İyul 2019, 22:37 Bakıda pul borcu üstündə bıçaqlanma 17 İyul 2019, 22:24 Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı 17 İyul 2019, 21:45 İranda tayfa davası: 1 ölü, 13 yaralı 17 İyul 2019, 21:29 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49