Modern.az

Avropa Birliyi “Breksit”lə bağlı hazırlıqları tamamlayır

Avropa Birliyi “Breksit”lə bağlı hazırlıqları tamamlayır

Dünya

25 Mart 2019, 22:30

Avropa Birliyi aprelin 12-də sazişsiz “Breksit”lə bağlı nəqliyyat, maliyyə, təhsil, sosial təminat və balıqçılıq kimi müxtələif sahələrdə hazırlıqlarını tamaladığını bildirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Birliyi Komissiyası Böyük Britaniyanın aprelin 12-də də sazişsiz ayrılmaq ehtimalının yüksəldiyini və bu səbəbdən ən radikal ssenari ilə hərəkət edə biləcəyini bildirib.

 

Buna görə, anlaşmasız ayrılma anında Böyük Britaniya hər hansı bir keçid müddəti olmadan Birlik üçün 3-cü ölkə durumuna düşəcək.

 

Beləliklə, AB-nin təsis sazişləri və hüquqi qanunvericiliyi Britaniya ərazisində qüvvədə olmayacaq.

 

Saziş imzalanmadığı halda AB və Böyük Britaniya arasında ticarət münasibətləri Ümumdünya Ticarət Təşkilatının qaydaları çərivəsində aparılacaq. Belə bir vəziyyətdə ada dövlətindən gələn məhsullar (və əksinə) gömrük yoxlaması və standartlara uyğun şəkildə nəzarətdən keçiriləcək.

 

Britaniyalıların AB vətəndaşlığına son veriləcək, kraliçanın AB sərhəddini keçən təbəqələrinə əlavə gömrük və pasport nəzarəti qaydaları tətbiq olunacaq.

 

Bununla bərabər Avropa Birliyi İrlandiya və Şimali İrlandiya arasında sülh prosesini dəstəkləməklə bağlı proqramını davam etdirəcək.

 

Böyük Britaniyanın 2019-cu il Birlik büdcəsinə öhdəliyi ilə əlaqədar rəsmi London bir müddət AB-dən maddi yardımlar ala biləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü