Modern.az

Oğlu itkin düşən qadın Paşinyandan CAVAB İSTƏYİR

Oğlu itkin düşən qadın Paşinyandan CAVAB İSTƏYİR

Dünya

18 Aprel 2019, 16:23

Sabah Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-un canlı yatımında istifadəçilərin suallarına cavab verəcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ən çox layk toplayan suallar hökumət rəhbəri tərəfindən cavablandırılacaq.

Çoxsaylı suallar arasında Qarabağda xidmət etmiş hərbçi oğlunu axtaran qadının sualı diqqət çəkir. 3 ildir ki, itkin düşən oğlunun fərari elan olunmasından narahat olan Laura Sarkisyan, oğlununu taleyi barədə Paşinyandan konkret cavab tələb edir.

“Mən çətin ki, kifaət qədər səs toplayacam. Ona görə də hər kəsdən yardım istəyirəm. Mənim üçün eşidilmək çox vacibdir! Mənim komandir oğlum Azərbaycanla sərhəddə postdan yoxa çxııb. 2015-ci ilin dekabrı... Demişdi ki, postları yoxlamağa gedəcək və o vaxtdan artıq 3 ildən çox müddət keçib. Biz Qarabağda yaşayırıq. Ermənistanda hər kəsə müraciət etmişəm”.

 

Hazırda oğlunun fərari elan olunacağı ilə bağlı xəbərlər aldığı deyən qadın baş nazir Nikol Paşinyandan oğlunun taleyi barədə məlumat istəyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü