Modern.az

“İmkanımız olsa, Ərdoğanla qucaqlaşaram” – İmamoğlu

“İmkanımız olsa, Ərdoğanla qucaqlaşaram” – İmamoğlu

19 Aprel 2019, 09:25

İstanbulun yeni bələdiyyə sədri Əkrəm İmamoğlu, Atatürk Hava Limanına - prezident Rəcəb Tayyib Ərdoğanı qarşılamağa gedib.

Modern.az xəbər verir ki, Ərdoğanı qarşılama komitəsində İstanbul valisi Ali Yerlikaya, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu, İstanbul prokukroru Mustafa Çalışqan və digər rəsmi şəxslər iştirak edib.

Məlumata görə bələdiyyə sədrinə ilk iş günündə "Ərdoğan İstanbula gələcək. Qarşılamağa gedəcəksinizmi” deyə sual olunduqda, o, “mənim vəzifəm nədirsə onu edirəm. İmkanımız olarsa, qucaqlaşarıq” deyə cavab verib.

Bunun ardından prezident Ərdoğan, axşam saatlarında İstanbula səfər edib. İmamoğlu isə Ərdoğanı qarşılamaq üçün hava limanına gedərək, prezidenti qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var