Modern.az

“Mənim üçün şərəfdir” – İmamoğlu Ərdoğanla görüşündən yazdı

“Mənim üçün şərəfdir” – İmamoğlu Ərdoğanla görüşündən yazdı

19 Aprel 2019, 22:11

“Kaş ki dəmir heç qızmayaydı. Təbii ki, soyusun. Sülh və hüzur olsun. Bu ölkədə sülhü və hüzuru dəstəkləyən hər açıqlama bizim üçün qazancdır”. Modern.az xəbər verir ki, bu fikirləri İstanbulun Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ərdoğanın Tvitterdə paylaşdığı iki statusu bəyənmə səbəbini izah edərkən deyib.

İmamoğlu daha sonra iş adamı Atalay Şahinoğlunun cənazə namazında iştirak etmək üçün Altunizadədəki İlahiyyat Fakültəsi Məscidinə gedib. Namazdan sonra Ərdoğanla ayaqüstü söhbətləşib, avtomobilə əyləşənə qədər onunla birlikdə gedib.

Daha sonra mətbuata açıqlama verən bələdiyyə sədri qeyd edib ki, bunların baş verməsi təbiidir:  “Nəzakətli davranışın, görüşmənin normallaşması lazımdır. Mən bunu təmsil edəcəyəm. Daha əvvəl də demişdim ki, fürsət taparsam, salamalaşaram, qucaqlaşaram. Şəhərimiz üçün söhbət edərəm. Mənim üçün şərəfdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü