Modern.az

Deputat Rüstəm Xəlilov: “İslahatlar Azərbaycanın sabahına hesablanıb”

Deputat Rüstəm Xəlilov: “İslahatlar Azərbaycanın sabahına hesablanıb”

Aktual

22 Aprel 2019, 14:59

“Prezident İlham Əliyevin son aylar imzaladığı fərman və sərəncamların əsas məqsədi Azərbaycan vətəndaşlarının  həyat şəraitini yaxşılaşdırmaqdır. Ölkə başçısı çalışır ki, cəmiyyəti narahat edən problemləri aradan qaldırsın, bütün sahələrdə şəffaflığı təmin etsin. Hazırda bu istiqamətdə ciddi islahatlar həyata keçirilməkdədir”. Bu fikirləri Modern.az-a açıqlamasında deputat Rüstəm Xəlilov bildirib. Deputatın sözlərinə görə, aztəminatlı ailələrin müavinətlərinin, tələbələrin təqaüdlərinin, müəllimlərin maaşının, pensiyaların artırılması, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində verilən qərarlar İlham Əliyevin hər bir azərbaycanlının prezidenti olduğunu bir daha təsdiqləyir. Rüstəm Xəlilov deyib ki, məhkəmə-hüquq sistemində islahatların aparılmasına yönəlik sonuncu  Fərman həmin sahədə vəziyyəti kökündən dəyişəcək ki, bunu da cəmiyyət ciddi şəkildə təqdir edir: “Ölkə başçısının hər bir qərarı Azərbaycan Respublikasının sabahı, gələcək rifahı naminə verilir. 2019-cu ilin əvvəlindən bəri imzalanmış fərman və sərəncamlar islahatların növbəti mərhələsidir. Cənab Prezident bəyan edib ki, bu islahatlar davamlı olacaq. Hazırda Azərbaycanın iqtisadi vəziyyətimi stabildir, insanlar sabitlik şəraitində yaşayır. Əmin-amanlıq, sabitlik isə hər bir ölkənin inkişafı üçün əsas şərtdir”. R.Xəlilov deyib ki, bu gün Azərbaycan  iqtisadi  sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında  regionda liderlik edir: ”Ölkə başçısı vətəndaş dəstəyinə arxalanaraq böyük işlər görür.  İnşallah,  güclü Ordumuz və xarici siyasətdə atılan addımlar, verilən qərarlar sayəsində Qarabağ probleminin də həllinə  nail olunacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü