Modern.az

Poul Poqba “Mançester Siti” ilə keçiriləcək derbidən danışıb

Poul Poqba “Mançester Siti” ilə keçiriləcək derbidən danışıb

Aktual

23 Aprel 2019, 11:14

Poul Poqba “Mançester Siti” ilə keçiriləcək derbidən danışıb. Modern.az xəbər verir ki, “Mançester Yunayted”in ulduz futbolçusu Poul Poqba Premyer Liqada sabah keçiriləcək “Mançester Siti” derbisi haqqında açıqlamalar verib.

 

“Onlar çempionluq üçün oynayacaqlar. Bizim də ilk 4 hədəfimiz var. Çətin oyun olacaq. Bu rəqabət, U18-də oynayanda belə hiss edilirdi. Eyni şəhərdən bir komandayla oynayırsan və sadcə onları məğlub etmək istəyirsən. Ən yaxşı komandalara və ən yaxşı oyunçulara qarşı oynamağı sevirəm. Bu cür oyunları səbirsikliklə gözləyirəm. Yaxşı oynamaq,qazanmaq və ən yaxşı olmaq istəyirəm”.

Poqba sonda əlavə edib ki, “İlk 4-ə düşə bilməsək çox məyus olacayıq. Çünki kubok olmadan üst üstə iki mövsüm keçirməyi düşünə bilmirəm. Biz “Yunayted”ik və kubok almağa oynamalıyıq. İlk 4 hədəfimiz də alınmasa, çox böyük üzüntü keçirəcəyik”.

 

Novruz NOVRUZLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü