Modern.az

Sərdar Cəlaloğlu: “Heç kəs müxalifətə rəhbərlik edə bilməz”

Sərdar Cəlaloğlu: “Heç kəs müxalifətə rəhbərlik edə bilməz”

Aktual

23 Aprel 2019, 15:29

“Müxalifətin daxilindəki ziddiyyətlər inkişafın əlamətidir”.

Bu barədə Modern.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu danışıb. O qeyd edib ki, dialektika elminə görə, yalnız ölülər arasında ziddiyyət yoxdur:

“Amma insanlar inkişaf edirsə, düşüncə, fikir fərqliliyi varsa, ziddiyyətlərin ortaya çıxması qaçılmazdır. Həmçinin ayrı-ayrı insanların öz maraqlarını təmin etmək istəyi ilə bağlı da ziddiyyətlər yaranır. Ona görə, partiyalararası ziddiyəti əsas gətirib, müxalifəti tənqid etmək lazım deyil.

Son dövrlərə qədər cəmiyyətdə aktivlik yox idi, müxalifət arasında ziddiyyətlər də  açıq hiss olunmurdu. Elə ki cəmiyyətdə aktivlik yarandı, ziddiyyətlər də hiss olunmağa başladı. Müxalifətin inkişafı ziddiyyətin üzərində qurulub.

Süni şəkildə yaradılan ziddiyyət də var. Təbii ziddiyyət ideyaların toqquşmasından baş verir. Süni yaradılan ziddiyyət isə ideologiya, fikir  fərqi olmayan məqamda yaranır. Məsələn, AXCP və Müsavat arasında bu hal mövcuddur. Bu siyasi ziddiyyət deyil, süni yaradılan ziddiyyətdir. Bu ziddiyyət ya liderlərin şəxsi mənafeyi üçün yaranan ziddiyyətdir, ya da üçüncü qüvvənin iki partiyanı bir-birinə düşmən etmək üçün ortaya atdığı məsələdir”.

Müxalifətə rəhbərlik haqqında məqamlara da toxunan S. Cəlaloğlunun fikrincə, heç kəs müxalifətə rəhbərlik edə bilməz:

“Demokratik mühitdə, rəqabət şəraitində cəmiyyət bacarıqlı, milli maraqları daha yaxşı ifadə edən adamın ətrafında toplaşır. Bu isə azad seçimə söykənən məqamdır. Halbuki kimsə müxalifətə rəhbərlik iddia edib, hər hansı ziddiyyətlərlə, polemikalarla bunu reallaşdıra bilməz”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var