Modern.az

Rəsmi Bakı Ermənistanın Avropa İttifaqı ilə bağlı iddiasına cavab verdi

Rəsmi Bakı Ermənistanın Avropa İttifaqı ilə bağlı iddiasına cavab verdi

Aktual

24 Aprel 2019, 16:10

Rəsmi Bakı Ermənistanın Xarici İşlər Nazirliyinə cavab verib.

 

Modern.az saytının məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu haqda danışıb.

 

O bildirib:

 

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Avropa İttifaqı-Ermənistan sazişində necə əks olunmasının detallarına varmaq istəmirəm.

 

Mən yalnız onu söyləyə bilərəm ki, bu bəyanat münaqişədə məhz iki tərəfin, yəni Ermənistan və Azərbaycanın mövcudluğunu və heç bir “üçüncü tərəf”in olmaması barədə həqiqətin dəyişilməzliyini növbəti dəfə sübut edir”.

 

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi öz şərhində Avropa İttifaqının Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında sazişində aydın ifadə olunduğunu deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü