Modern.az

ABŞ Çeçenistanın hökumət başçını ölkəyə buraxmır

ABŞ Çeçenistanın hökumət başçını ölkəyə buraxmır

Dünya

25 Aprel 2019, 23:43

ABŞ Çeçenistan hökumətinin başçısı Müslim Xuçiyevin ölkəyə daxil olmasına qadağa qoyub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət departamentinin məlumatında bildirilir.

Həmin məhdudiyyətlər Xuçiyevin həyat yoldaşı Sapiyat Şabazovaya qarşı da tətbiq olunub.

Məlumatda qeyd olunur ki, sanksiyalar “insan haqlarının ciddi pozulmasına görə” yeridilib.

Bildirilir ki, söhbət qanunsuz həbslər, işgəncələr, məhkəməsiz qətllər və digər hadisələrdən gedir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü