Modern.az

Norveç  UNISEF-ə  150 milyon dollar ayırdı

Norveç  UNISEF-ə  150 milyon dollar ayırdı

Dünya

26 Aprel 2019, 21:23

Norveç növbəti üç ildə BMT-nin Uşaq Fonduna (UNISEF) 150 milyon dollar ayıracaq. Vəsait bütün dünyada daha çox ehtiyacı olan uşaqlara təhsil, səhiyyə sahələrində xidmət göstərilməsi və onların müdafiəsi üçün nəzərdə tutulub.

Modern.az xəbər verir ki,  bu barədə Norveçin inkişaf naziri Daq İnqe Ulşteyn bildirib: “Bütün dünyada ehtiyacı olan uşaq və gənclərin dəstəklənməsi üçün çevik və müntəzəm maliyyə yardımının böyük əhəmiyyəti var. Norveç UNICEF-in tematik maliyyə yardımlarının dəstəklənməsi sahəsində könüllü ianələr proqramının ən böyük donorlarından biridir. Biz BMT baş katibinin islahatlar proqramına və onun maliyyə siyasətinə sadiqik”.

 

Qeyd edək ki, Norveç bu təşkilatın beş ən böyük hökumət tərəfdaşlarından biridir. Təkcə 2018-ci ildə bu Skandinaviya ölkəsi UNICEF-ə 206 milyon dollar ayırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü