Modern.az

Ukraynalı deputat Ermənistandan narazı qaldı

Ukraynalı deputat Ermənistandan narazı qaldı

Dünya

1 May 2019, 12:45

Ukraynalı deputat Mustafa Nayem Ermənistan ərazisinə buraxılarkən problemlərlə üzləşdiyini xatırladıb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o bunun Rusiyanın istəyi ilə baş tutuduğunu açıqlayıb.

“Səfərim dövlət işləri ilə bağlı olmadığı üçün, diplomatik deyil, adi pasportumu təqdim etdim. Uzun sürən yoxlanışdan sonra məni “arzuolunmaz şəxs” kimi ölkəyə buraxılmayacağım elan olundu”.

 

“Qara siyahı”ya düşməsinin səbəbini sərhədçilər izah edə bilməyiblər. Ukrayna rəsmiləri ilə danışıqlardan sonra Nayem Ermənistana buraxılıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü