Modern.az

“Biz ümidimizi itirməyəcəyik” - Əkrəm İmamoğlu, VİDEO

“Biz ümidimizi itirməyəcəyik” - Əkrəm İmamoğlu, VİDEO

6 May 2019, 21:59

Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbul seçkilərinin nəticələrinin ləğvi ilə bağlı qərarı barədə açıqlamadan sonra İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu ilk açıqlamasını verib.

 

Modern.az xəbər verir ki, Əkrəm İmamoğlu qonaq olduğu ramazan süfrəsi başında İstanbul əhalisinə müraciət edib: “Bu Ramazanın Türkiyəyə xeyir gətirməsini diləyirəm. Ölkəmizdə iqtisadi problemlər, issizlik var. Birlikdə öhdəsindən gələcəyik. Mənimlə bağlı qərarı hamı gözləyir. YSK-nın rəsmi açıqlamasını gözləyirəm. Hər anımı bu şəhərin gözəl insanları ilə paylaşacağıma söz vermişdim. Rəsmi açıqlamadan sonra fikirlərimi bildirəcəm. Hər şey daha yaxşı olacaq. Ümidinizi itirməyin. Kimsə səhv edib, pis işlərə qarışacaq, amma biz ümidimizi itirməyəcəyik”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü