Modern.az

Azərbaycanlı “qanuni oğru”lar Lotu Quliyə qarşı birləşdilər - \"MÜHARİBƏ\"

Azərbaycanlı “qanuni oğru”lar Lotu Quliyə qarşı birləşdilər - \

7 May 2019, 12:17

Azərbaycanlı “qanunda oğru”lar Nadir Səlifova (Lotu Quli) qarşı çıxıblar. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyada Nadir Səlifovun nəzarətində olan obyektlərin onun təsir dairəsindən çıxarılmasına başlanılıb.

 

Məlumata görə, Nadir Səlifova qarşı Rafik Eyvazov (Rafiq Massalinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Əmin Əhmədov (Emin Hacıqabulski), Zaur Şipilov (Zaur Naxçıvanski) və Əli Heydərov (Alert Rıjıy) kimi nüfuzlu azərbaycanlı “qanunda oğru”lar bir cəbhədə birləşiblər.

 

Yeni qruplaşmanın təsiri altında olan bazarlarda Nadir Səlifovla əməkdaşlıq edən ticarətçilərə sərt maneələr yaradılır və onlardan tərəf dəyişdirmək tələb olunur.

Bundan başqa, müxalif “qanunda oğru”lar Nadir Səlifovdan Rafiq Massalinskiyə edilən hücumun cavabını tələb edirlər.

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü