Modern.az

XI siniflərin buraxılış imtahanlarının nəticələri açıqlandı

XI siniflərin buraxılış imtahanlarının nəticələri açıqlandı

Aktual

17 May 2019, 17:25

7 aprel 2019-cu il tarixində XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Abituriyentlər iş nömrələrini 7727 qısa nömrəsinə göndərməklə nəticələrlə tanış ola bilərlər.

Nəticələr bir neçə dəqiqədən sonra "dim.gov.az" saytına da yerləşdiriləcək.

Xatırladaq ki, 7 aprel 2019-cu il tarixində Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Həmin gün ümumilikdə 27659 şagird imtahan verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü