Modern.az

Şamaxıda “Mercedes”aşdı - Yaralılar var

Şamaxıda “Mercedes”aşdı - Yaralılar var

Aktual

19 May 2019, 12:33

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, qəza səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci km.-də, Şamaxının Mərzəndiyə kəndindən keçən hissəsində qeydə alınıb.

Yol ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və bir sərnişin ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü