Modern.az

Bakıda cibgirlik edən qadın saxlanıldı

Bakıda cibgirlik edən qadın saxlanıldı

Aktual

23 May 2019, 20:03

Bakıda cibgirlik edən qadın həbs olunub.

Modern.az xəbər verir ki, bu barədə “Trend”ə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov məlumat verib.

 

Onun sözlərinə görə, saxlanılan qadınla Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində görüşüb:

"Məntəqədə komitə sədri Tural Hüseynov və mən həmin qadınla görüşdük. Saxlanılan şəxs, 1984-cü il təvəllüdlü Elena Lanskix cibgirlik edərkən tutulub və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs edilib. Onunla söhbət edərkən məlum oldu ki, qadın narkotik istifadəçisidir və artıq aludəçidir. Görüş zamanı onun saxlanma şəraiti və səhhəti ilə maraqlandıq, ona təzyiq olunub-olunmadığını soruşduq. Saxlanma şəraitindən narazılıq etmədi".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü