Arxiv
25 May 2019, 12:47 | AKTUAL
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

Mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgi açılacaq.

 

 

Ekspozisiyada 300-dək eksponat nümayiş olunacaq. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim fars incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən kolleksiya və Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər təqdim ediləcək.

 

Sərgidə Qacarlar epoxasına aid qədim fars incəsənəti əksəriyyəti Fətəli şah dövrünə aid dünyaca məşhur yağlı boya rəsmləri, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalarla təqdim olunacaq.  Təsvirin gücünü yaxşı bilən Fətəli şah nüfuzunu və nailiyyətlərini nümayiş etdirmək üçün memarlıq, rəsm və dekorativ sənətdən geniş istifadə edirdi. Sərgidə Fətəli şahın özünün portreti də yer alacaq.

 

 

Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin yağlı boya ilə işlənmiş altı əsəri sərgilənəcək. Mirzə Qədim İrəvani tikmə üçün olan trafaret rəsmləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınır. XIX əsrin ortalarında İrəvan xanlığının Sərdar sarayının salamat qalmış orijinal əsərlərini, həmin saray kompleksinin  məscid və sarayının dekorunda işlədilən plitələri yenidən boyamış şəxs məhz o olub.

 

İrəvan xanlığının Sərdar sarayının arxeoloji qalıqları arasında Cənubi Qafqazın müxtəlif quberniyalarında yaşayan Azərbaycan xalqına məxsus ənənəvi kostyum və əşyalar, eləcə də mebel nümunələri, vazalar və digər gündəlik həyat atributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada təqdim olunacaq. Bu eskponatlarla tanışlıq o dövrün həyat və  məişət mənzərəsini daha aydın təsəvvür etməyə imkan verəcək, sarayın memarlıq üslubunu nümayiş etdirəcək.

 

 

Sərgidə hərbi topoqraf kimi çalışan, sonra isə Rusiya-Osmanlı müharibəsində  iştirak etmiş D.Yermakovun fotoşəkillərindən ibarət kolleksiya da təqdim olunacaq. Müharibədən sonra Yermakov Tiflisdə foto işi ilə məşğul olub, Qafqaz bölgəsində səyahətlər edib və bir sıra arxeoloji ekspedisiyalarda fəaliyyət göstərib. İrəvanın Sərdar məscidinin, divarlarında İran şahının, vəliəhdin, Qacar ailəsinin yerli hökmdarları və “Şahnamə” qəhrəmanlarının təsviri olan İrəvan xanlığı sarayı, onun Güzgülü zalındakı tarixi, yağlı boyalarla işlənmiş əsərlərin məhv edilməsi prosesini təfərrüatları ilə göstərən unikal fotoşəkillər silsiləsini yaradıb.

 

Sərgi oktyabrın 6-dək davam edəcək.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aksiya zamanı 147 nəfər saxlanılıb 17 Noyabr 2019, 00:53 Güclü qara görə məktəblər bağlandı 17 Noyabr 2019, 00:37 Türkiyədə zəlzələ oldu 17 Noyabr 2019, 00:19 Azərbaycan xalqının Dirçəliş Günü - VİDEO 17 Noyabr 2019, 00:00 “Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç 16 Noyabr 2019, 23:56 Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı - YENİLƏNİB 16 Noyabr 2019, 23:42 Suriyada terror: 10 ölü 16 Noyabr 2019, 23:20 İŞİD-in daha  615 üzvü təslim oldu 16 Noyabr 2019, 23:03 Azərbaycan millisi Uelsə uduzdu 16 Noyabr 2019, 22:51 İranda xalq ayağa qalxdı - FOTOLAR 16 Noyabr 2019, 22:16 İraq İranla sərhədi bağladı 16 Noyabr 2019, 21:23 Gürcüstan parlamentinin qarşısında növbəti aksiya 16 Noyabr 2019, 20:55 Bakıdakı ağır qəzada 4 nəfər yaralandı 16 Noyabr 2019, 20:34 Azərbaycan Uelslə bu heyətlə oynayacaq 16 Noyabr 2019, 20:19 Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefaya çağırdı 16 Noyabr 2019, 20:01 “Xəyal belə etmədiyim bir yerdəyəm” – Demet Özdemir Bakıda 16 Noyabr 2019, 18:00 Sumqayıtda yolu keçən qadını maşın vurdu 16 Noyabr 2019, 17:59 “Sovet hakimiyyəti başa düşürdü ki, Meydan hərəkatı xalqı müstəqilliyə aparır” - Tapdıq Fərhadoğlu 16 Noyabr 2019, 17:46 Milli Qəhrəmanlara heykəl qoyma ənənəsi davam etdiriləcək? 16 Noyabr 2019, 17:18 Benzin bahalaşdı, İran qarışdı - ölən və yaralananlar var 16 Noyabr 2019, 16:53 İlham Əliyev Latviyalı həmkarına məktub göndərdi 16 Noyabr 2019, 16:45 Məzahir Pənahov: “22 min 529 nəfərin namizədliyi qeydə alınıb” 16 Noyabr 2019, 16:31 Prezident Oman Sultanını təbrik etdi 16 Noyabr 2019, 16:22 BDU kollektivi universitet ərazisinə 650 ağac əkdi 16 Noyabr 2019, 16:07 Zakir Həsənov orduya əmr etdi: təlimlərin sayı artırılsın 16 Noyabr 2019, 15:56 Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdi 16 Noyabr 2019, 15:45 “Azəriqaz” qazanxalara qaz verməyə başladı - iki dövlət qurumu ANLAŞDI 16 Noyabr 2019, 15:33 Göygöldə hadisə yerindən qaçan sürücü tutuldu 16 Noyabr 2019, 15:15 Paytaxt istiliksiz qaldı: “Azəriqaz” “Azəristiliktəchizat”a qaz vermir - PROBLEM 16 Noyabr 2019, 14:51 Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın” 16 Noyabr 2019, 14:26 Arpa ilə bədənin TƏMİZLƏNMƏSİ 16 Noyabr 2019, 14:08 Siz hardasınız, XANKƏNDLİLƏR? 16 Noyabr 2019, 13:46 Ərdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir? 16 Noyabr 2019, 13:37  “Azərsu” sədri Mingəçevirdə qəbul keçirdi 16 Noyabr 2019, 13:28 Daha bir jurnalist bələdiyyə seçkilərinə QATILDI 16 Noyabr 2019, 13:27