Modern.az

Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb

Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb

Aktual

25 May 2019, 14:47

Bakıda Hindistan vətəndaşlarına məxsus şirkətlərdən oğurluq olub.

İş adamları - “Marvel Group” MMC-nin rəhbəri Paul Boney və “Megamax” MMC-nin rəhbəri Vimal Koyithanata hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, 2018-ci ilin fevralından 2019-cu ilin mayına kimi olan müddətdə Binəqədi rayonunda yerləşən P.Boneyə məxsus şirkətdən 100 min, V.Koyithanatha məxsus şirkətdən 120 min dəyərində televizor, soyuducu, kondisioner oğurlanıb.

 

Hindistanlı iş adamları orada işləyən 5 kişi satıcıdan şübhələndiklərini deyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Marvel Group” və “Megamax” şirkətləri məişət texnikanın topdan və pərakəndə satışı ilə məşğul olur.

 

Report.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü